AI işçilərdən telefon çağrı mərkəzinə, səsin mətnə çevrilməsindən şirkətə xüsusi dil modelinə qədər — bir platformada.
AI
AI işçilər
Boş vəzifəni tutan, şirkətinizi tanıyan AI işçi: satış, marketinq, dizayn, müştəri xidməti, mühasibat və 120+ vəzifə.
- Vəzifəni sonadək özü yerinə yetirir
- Planlı işi vaxtında görür, hesabatı göndərir
- Instagram, WhatsApp, Telegram, sayt və e-poçtda müştərilərə cavab verir
Kimlər üçün: Kiçik biznesdən korporativ şirkətə qədər
☎
AI Çağrı Mərkəzi
Telefon zənglərini gecə-gündüz qəbul edən səsli AI operator. Azərbaycan, rus və ingilis dilində təbii danışır.
- Mövcud nömrənizə (SIP / operator xətti) qoşulur
- Sualı cavablandırır, sifariş və qeydiyyat alır
- Mürəkkəb zəngi insana ötürür
- Hər zəngin yazısı, mətni və xülasəsi kabinetdə
Kimlər üçün: Banklar, klinikalar, çatdırılma, satış və xidmət şirkətləri
≋
Səs → Mətn (STT)
Zəngləri, iclasları, müsahibələri və səsli mesajları dəqiq mətnə çeviririk — Azərbaycan dilində də.
- Azərbaycan, rus, ingilis, türk dilləri
- Danışanların ayrılması və vaxt kodları
- Avtomatik xülasə, açar mövzular və tapşırıqlar
- Fayl yükləmə və ya API ilə
Kimlər üçün: Çağrı mərkəzləri, banklar, media, iclas və məhkəmə protokolları
♪
Mətn → Səs (TTS)
Təbii səslənən Azərbaycan dilli səs: zəng menyuları, elanlar, video səsləndirmə və audio məzmun.
- Kişi və qadın səsləri
- IVR menyu və telefon elanları
- Video, reklam və təlim materiallarının səsləndirilməsi
Kimlər üçün: Telekom, nəqliyyat, təhsil, media
◆
Fərdi dil modeli (LLM)
Şirkətinizin sənədləri və bilikləri üzərində işləyən, istəsəniz öz serverinizdə qurulan dil modeli. Məlumat şirkətdən çıxmır.
- Daxili köməkçi: əsasnamə, müqavilə, təlimat axtarışı
- Şirkətə uyğunlaşdırılmış (fine-tuning) model
- Öz serverinizdə (on-premise) və ya bulud
- Mövcud sistemlərlə (1C, CRM, ERP) inteqrasiya
Kimlər üçün: Dövlət qurumları, banklar, sənaye, böyük korporasiyalar
▲
ML və data analitika
Məlumatınızdan qərar çıxaran modellər: proqnoz, sənəd tanıma (OCR), video analitika və anomaliya aşkarlanması.
- Satış və tələb proqnozu
- Sənədlərdən məlumatın avtomatik çıxarılması (OCR)
- Video müşahidə və nəqliyyat analitikası
- İdarəetmə panelləri və hesabatlar
Kimlər üçün: Pərakəndə, logistika, nəqliyyat, təhlükəsizlik