Tez-tez verilən suallar

AI işçi ilə AI proqram arasında fərq nədir?

Proqramı işlətmək üçün işçi lazımdır. AI işçi isə vəzifəni özü tutur: şirkətinizi tanıyır, tapşırığı sonadək aparır, planlı işi vaxtında görür və nəticəni hazır təhvil verir.

İnsan işçini tam əvəz edirmi?

Kataloqdakı vəzifənin təkrarlanan və standart hissəsini tam görür. Qərar tələb edən, imza və ya fiziki iştirak lazım olan hallarda işi hazırlayıb sizə ötürür.

Müştərilərim AI ilə danışdığını biləcəkmi?

Bəli. İşçi özünü şirkətinizin AI işçisi kimi təqdim edir, insan olduğunu iddia etmir. Söhbət tonunu və adını siz seçirsiniz.

Məlumatlarımız harada saxlanılır?

Şirkət profili, bilik bazası və söhbətlər bizim serverdə, yalnız sizin kabinetinizə bağlı saxlanılır və başqa müştərilərlə paylaşılmır.

Cavab limiti bitərsə nə olur?

İşçi ayın sonunadək yeni tapşırıq qəbul etmir və bildiriş alırsınız. Kabinetdən daha böyük kapasitə pilləsinə keçə bilərsiniz.

Hansı dillərdə işləyir?

Azərbaycan, rus, ingilis və türk dillərində. Qarşı tərəf hansı dildə yazırsa, o dildə cavab verir.

Sosial şəbəkə, WhatsApp, e-poçt qoşula bilərmi?

Bəli. Kabinet → İnteqrasiyalar bölməsində Instagram, Facebook, WhatsApp Business, Telegram, e-poçt qutusu və sayt söhbəti qoşulur. Hər kanala hansı işçinin cavab verəcəyini siz seçirsiniz.

Ödəniş necə aparılır?

Faktura əsasında: mPay linki ilə kartla onlayn və ya bank köçürməsi ilə. Aylıq və ya illik (endirimli) ödəyə bilərsiniz.

Abunəni dayandırmaq olarmı?

Bəli, istənilən ay. Növbəti fakturanı ödəməsəniz, güzəşt müddətindən sonra işçilər dayanır, məlumatlarınız saxlanılır.

İşçinin cavabı səhv olsa?

Kabinetdə düzgün cavabı nümunə kimi yazırsınız, bilik bazasını yeniləyirsiniz. İşçi sonrakı tapşırıqlarda buna əsaslanır.

Qiymət nəyə görə dəyişir?

Şirkətin ölçüsünə (aylıq iş həcmi) və işin token həcminə görə. Kiçik şirkət üçün 7/24 işçi ayda ~1 500 söhbət, korporativ üçün 15 dəfə çox emal edir. Hər vəzifənin səhifəsində bütün pillələrin qiyməti göstərilib.

Telefon zənglərini də AI qəbul edə bilərmi?

Bəli — AI çağrı mərkəzi mövcud nömrənizə qoşulur, Azərbaycan dilində danışır, sifariş və qeydiyyat alır, lazım olanda zəngi insana ötürür.

Səsli yazıları mətnə çevirirsinizmi?

Bəli. Zəng, iclas və müsahibə yazılarını Azərbaycan, rus və ingilis dilində mətnə çevirir, danışanları ayırır və xülasə hazırlayırıq.

Öz serverimizdə model qurmaq olarmı?

Bəli. Məlumatın şirkətdən çıxmaması tələb olunan qurumlar üçün dil modelini sizin serverinizdə (on-premise) qurur və sənədlərinizə uyğunlaşdırırıq.

Cavab tapmadınız? Əlaqə