Necə işləyir

AI işçi kataloqdakı vəzifəni tutur və şirkətinizin məlumatı ilə işləyir. Aşağıda seçimdən ilk iş gününə, qiymətdən təhlükəsizliyə qədər hər şey bir səhifədədir.

Addım-addım

  1. Vəzifələri seçin

    Kataloqdan lazım olan vəzifələri işarələyin və ya hazır şöbə paketi götürün. Hər vəzifənin iş təsviri, iş rejimi (7/24, gündəlik, həftəlik) və aylıq cavab limiti göstərilib.

  2. Şirkətinizin ölçüsünü seçin

    Kiçik, orta, böyük və ya korporativ. Bu, işçinin ayda neçə müraciət və tapşırıq emal edəcəyini, yəni aylıq iş həcmini müəyyən edir.

  3. Anketi doldurun

    Nə satırsınız, qiymətlər, hədəf müştəri, danışıq tonu, nə etmək olmaz. Ümumi suallar bütün işçilərə, şöbə sualları yalnız həmin şöbənin işçisinə gedir. Daxili məlumat (marja, agentlik qiyməti) müştəri ilə danışan işçilərə verilmir.

  4. Ödəyin

    Faktura avtomatik yaranır. mPay linki ilə kartla onlayn və ya bank köçürməsi ilə ödəyirsiniz. Aylıq və ya illik (endirimli) seçə bilərsiniz.

  5. Quraşdırma: 2–6 gün

    Komandamız işçiləri anketə görə qurur, bilik bazasını doldurur, iş saatını və planlı tapşırıqları təyin edir. Hazır olanda e-poçtla xəbər veririk.

  6. Kabinetdə işləyin

    ai.ttmo.az/kabinet — hər işçinin öz konsolu var: tapşırıq yazırsınız, hazır mətn, cədvəl və ya dizayn alırsınız (Word və PNG). Planlı işlər e-poçtunuza gəlir, qərar lazım olan hallar bildiriş kimi düşür.

  7. Kanallarınızı qoşun

    İnteqrasiyalar bölməsində Instagram, Facebook, WhatsApp, Telegram, e-poçt və saytınızdakı söhbəti qoşursunuz. Müştərilərinizə yazan kim olursa olsun, seçdiyiniz işçi cavab verir.

Qiymət necə hesablanır

Qiymət şirkətinizin kapasitəsinə və işin token həcminə görə hesablanır — ödədiyiniz məbləğ real işə bağlıdır.

  • Kapasitə pilləsi işçinin aylıq cavab limitini təyin edir (məs. 7/24 satış konsultantı kiçik şirkətdə ayda ~1 500 söhbət, korporativdə ~22 500).
  • Hər cavabın orta token həcmi iş növünə görə dəyişir: canlı söhbət qısadır, hesabat və dizayn uzundur.
  • Aylıq qiymət = cavab limiti × bir cavabın token xərci × marja + xidmət haqqı.
  • 5+ vəzifədə 10%, 10+ vəzifədə 20%, 20+ vəzifədə 30% endirim; illik ödənişdə əlavə endirim.
VəzifəKiçikOrtaBöyükKorporativ
İnbound Satış Konsultantı
7/24
29 ₼
1 500
59 ₼
3 750
129 ₼
9 000
309 ₼
22 500
Kontent Strateqi
Həftəlik
11 ₼
40
14 ₼
100
20 ₼
240
35 ₼
600
Kopiraytər
Gündəlik
15 ₼
150
23 ₼
375
41 ₼
900
88 ₼
2 250
Post Dizayn Studiyası
Gündəlik
21 ₼
150
39 ₼
375
80 ₼
900
185 ₼
2 250

Kanallar

İşçi müştərilərinizlə onlar hansı kanaldadırsa, orada danışır:

Instagram və Facebook
DM və Messenger mesajlarına cavab, hazır postun təsdiqinizlə paylaşılması.
WhatsApp Business
Nömrənizə yazanlara 7/24 cavab.
Telegram
Botunuza yazanlara cavab, kanalınızda post.
E-poçt
Gələn məktublara cavab — avtomatik və ya təsdiqinizlə.
Saytınızda söhbət
Bir sətir kodla.
Telefon
AI çağrı mərkəzi — zəngləri qəbul edir.

Ödəniş

Faktura əsasında: mPay linki ilə kartla onlayn və ya bank köçürməsi. Ödəniş təsdiqlənən kimi işçilər aktivləşir. Abunəni istənilən ay dayandıra bilərsiniz — növbəti fakturanı ödəməsəniz, güzəşt müddətindən sonra işçilər dayanır, məlumatlarınız saxlanılır.

Nəzarət və təhlükəsizlik

  • Endirim, ödəniş, müqavilə kimi qərarları işçi yalnız sizin verdiyiniz hədd daxilində verir.
  • Bilmədiyi və ya limitdən kənar halı dərhal sizə ötürür və bildiriş göndərir.
  • Hər söhbət və hər nəticə kabinetdə saxlanılır.
  • İşçini istənilən vaxt dayandıra və ya təlimatını dəyişə bilərsiniz.

Digər məhsullar

AI işçilərdən əlavə: AI çağrı mərkəzi, səsin mətnə çevrilməsi (STT), mətndən səs (TTS), şirkətə xüsusi dil modeli (LLM) və ML analitika. Məhsullar

Komanda qurTez-tez verilən suallar